İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirməyə başladığını elan edib.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-i səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib.