Dekabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Gecə 7, gündüz  9° isti olacaq. Bakıda gecə 7, gündüz 9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 774 mm civə sütunu, nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda gözlənilən temperatura gəlincə; bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.