Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də SAT imtahanı təşkil edəcək.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

- Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

- Buraxılış vərəqəsi – “Admission Ticket”.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Qeyd edək ki, imtahan DİM-in Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında baş tutacaq.