Milli Məclisin deputatı Cəbi Quliyev Babək rayonunda yaşayan 4 şəhid ailəsini ziyarət edib.

Elxeber.com-a verilən məlumata əsasən, Millət vəkili şəhid Rasim İsmayıl oğlu Ramazanovun, şəhid Ümid Bahadur oğlu Novruzovun, şəhid Şükür Bayram oğlu Hacıyevin və şəhid Rəhman Rasim oğlu Əjdərovun ailələri ilə görüşüb.

Cəbi Quliyev şəhid ailələrinin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib.

Bir qrup gəncin də iştirak etdiyi görüşlər zamanı gənclərə şəhidlərimizin həyat yolu, xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir.