Türkiyənin Ankara Universiteti 101 yaşlı türkoloq  alim, professor Zeynəb Qorxmazın dilin cəmiyyətdəki rolu ilə bağlı qiymətləndirməsindən bəhs edən fikirlərini paylaşıb.  

Elxeber.com xəbər verir ki, açıqlamasında dilin bir millətin varlığının təməl quruluşunu təşkil etdiyini bildirən Qorxmaz, türk dilinin formalaşmasının  əvvəl millətin, sonra Atatürkün əsəri olduğunu deyib. O qeyd edib ki, Atatürk olmasaydı, Türk millətinin dilinin mahiyyəti anlaşılmaz, ölər gedərdi.

Professor dilin ən qədim dövrlərdən tədricən inkişaf edərək öz formasını aldığını və cəmiyyətlərin dərk edilməsində ən böyük dəyərlərdən biri olduğunu vurğulayıb: “Dil qədim zamanlardan başlayaraq mərhələ-mərhələ irəliləyir. Keçmişdən cəmiyyət nələrlə qarşılaşıb, nələri bəyənib, nələri bəyənməyib, cəmiyyəti idarə edənlər necə işarələr veriblər və o xalqın üzvlərinə necə istiqamət veriblər, bu, son dərəcə önəmlidir".

Dil mənimsənmək üçün əvvəlcə sevilmək istəyər

Türkoloq  türkcəyə maraq göstərən gənclərə bir mövzuda uğur qazanmağın ən mühüm açarının o sahəni sevmək olduğunu ifadə edərək, türk dilini öyrənmək istəyən və bu sahəyə maraq göstərən gənclərə tövsiyələr verib: “Dil mənimsənmək üçün əvvəlcə sevilmək istəyər. Sevmədiyiniz bir şeyi necə mənimsəyə bilərsiniz? Qəbul edə bilməzsiniz. Mən mənimsəyirdim, çünki türkçəni sevirdim . Dostlarım bir şey soruşmaq istədikləri zaman mənim yanıma gələr və məndən soruşardılar. Mən də bacardığım qədər onlara açıqlayardım. 

Tələbələr demək istəyirəm ki, tələbəlik fürsətini yaxşı dəyərləndirsinlər. Belə olarsa, həyatda hər zaman hər şeyin yaxşısını edər, pisə doğru getməzlər. Bu amil insanın keyfiyyət baxımından da yüksəlməsinə səbəb olar”.

Professor bildirib ki, müəllimlərin istəyi tələbələrinin onları təqib etmələri və lazım gələrsə,  daha irəli getmələridir.  “Çünki eyni işləri görməklə Vətənin inkişafına nail olmaq olmaz. Daha da irəli addım atmaq şərtilə, Vətən inkişaf edər, dünya ədəbiyyatı, mədəniyyəti arasında öz yerini  tuta bilər”,-deyə Qorxmaz əlavə edib.