Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.
Məlumat Elxeber.com-a Dövlət Komitəsindən verilib.
Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirib ki, soydaşlarımız Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585,
Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.
Telefon nömrələri 24 saat aktivdir.