"Dünya-qərar ediləcək yurda keçiddir: insanlar isə orada iki bölükdür: bir bölüyü özlərini satar: dünya onları həlak edər. Bir bölüyü canlarını qurtarar: dünya onları azad edər"-deyən həzrəti Əlinin (ə) doğum günü qeyd olunur. 

Həzrət Əli (ə) rəcəb ayının 13-ü, Məkkə şəhərində cümə günü sübh çağı, Allahın əzəmətli evi sayılan Kəbədə dünyaya gəlib. Həzrəti Əli (ə) İslam peyğəmbəri həzrət Məhəmməddən (s) sonra ikinci ən fəzilətli və kamil insan hesab edilir.  İmam Əlinin (ə.s) həyatı müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir. Əgər bəşər tarixində Əli ibn Əbu Talib (ə.s) kimilər olmasaydılar, bir çox insani dəyərlər mövcud olmazdı. Uca amalların qorunmasına görə bəşəriyyət İmam Əli (ə.s) kimi insanlara borcludur.

Qeyd edək ki, dünya müsəlmanları bu günü xüsusi olaraq qeyd edirlər.

Mövlud günü ilə bağlı ilahiyyatçı Rüfət Qarayevin açıqlamasını təqdim edirik: