Dünya üzrə tibb müəssisələrinin yarısında sadə gigiyenanı belə təmin edən ləvazimat yoxdur.

Elxeber.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) xəstəxanalar, klinikalar və digər tibb müəssisələrinin gigiyena vəziyyəti ilə bağlı hazırladığı birgə hesabatda bildirilib.

Hesabata görə, tibb müəssisələrinin 68 faizində - xəstələrə qulluq edilən məntəqələrdə, 65 faizində yalnız tualetlərdə əl təmizləmə ləvazimatı var, 51 faizi isə heç bir gigiyena meyarlarına cavab vermir. Bu isə dünyada hər 10 tibb müəssisəsindən birində sadə gigiyena xidmətinin olmaması deməkdir.

Gigiyena ləvazimatının çatışmazlığı daha çox inkişaf etməmiş ölkələrdə müşahidə olunur və bu yerlərdəki tibb müəssisələrinin yalnız 53 faizində içməli və təmiz su var.