İranın Yezd vilayətində olan Sərv dünyanın ən yaşlı ağacı  hesab olunur.

Bu yaşlı ağacla bağlı bir sıra rəvayətlər də var.  Belə ki, bəziləri onun ilk suyunu Nuh peyğəmbərin oğlu Yafəsin verdiyinə , bəziləri isə ağacı Zərdüşt peyğəmbərin əkdiyinə inanır.  Bölgə xalqı tərəfindən dilək və nəzir ağacı kimi qəbul edilən bu sərv ölkənin mədəni mirasında önəmli yer tutur. Ağacın gövdəsinin diametri 4 metrdən çox, boyu təxminən 28 metrdir. Qocaman ağac əsrlərə meydan oxuyur. Xlll-XlV əsrlərdə yaşayan məşhur İran tarixçi və coğrafiyaçısı Həmdullah Əl Qəzvini öz əsərlərindən birində Yezd vilayətinin Əbərkuh şəhərində bitən Sərv ağacının şöhrətindən bəhs edib.

Qeyd edək ki, sərv ağacının 4 min il yaşı olduğu ehtimal olunur. Yerli və xarici turistlər ağaca böyük maraq göstərir. Dilək ağacı kimi qəbul edildiyindən əvvəllər budaqlarına parça bağlansa da, hazırda nə buna, nə də ağacın altında qurban kəsilməsinə icazə verilmir.

Qeyd edək ki, iranlı mütəxəssislər yaşlı Sərv ağacının UNESCO-nun Dünya Mirası Siyahısına daxil ediləcəyini, hazırda siyahıda olduğunu bildiriblər. (Anadolu Agentliyi)