Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, insanlar çörəkdən bu və ya digər şəkildə istifadə etməyi  hələ 7000 il bundan əvvəl öyrəniblər . Əksər hallarda buğdadan hazırlanan çörək çox faydalı olsa da, müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri atılır. Məhz belə emaldan sonra ağ un əldə olunur. Bu undan ağ  yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlı olsa da, onların faydası çox azdır. Həkimlər deyir ki,  daim ağ undan hazırlanmış çörək və  un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin, pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.

Ən faydalı çörək emal olunmamış, emaldan keçməyən  buğdadan hazırlanır. Belə çörəkdə  buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır. Yəni çörək faydalı qida olsa da, bu faydanı görə bilmək üçün məhsul yüksək keyfiyyətdə hazırlanmalıdır.