Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 7 Aprel Ümumdünya Sağlamlıq Günü öncəsi açıqladığı hesabatda 117 ölkə və 6 mindən çox şəhərdə havanın keyfiyyəti ilə bağlı aparılan araşdırmaların nəticələri yer alıb.

Hesabatda dünya əhalisinin 99 faizinin ÜST-ün müəyyənləşdirdiyi keyfiyyətli hava standartlarından aşağı və insan sağlamlığını təhdid edən hava şəraitində yaşadığı vurğulanıb.

Tədqiq olunan bütün ölkə və şəhərlərin havasında orqanizm üçün zərərli incə hissəciklərdən ibarət  maddə və azot dioksid olduğu və bu elementlərə daha çox orta və aşağı gəlirli ölkələrdəki havada rast gəlindiyi açıqlanıb.

Havadakı zərərli hissəciklərin miqdarını ölçən PM2.5 və PM10-un nisbətlərinin son 11 ildə təxminən 2000 şəhərdə 6 dəfədən çox artdığı qeyd edilib.

Bildirilib ki, bu hissəciklər tənəffüs yolu ilə ağciyərlərə və qan dövranına daxil olaraq iflic və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Direktivinə uyğun olaraq, ölkələrə “havanın keyfiyyətini mütəmadi olaraq izləməklə havanı çirkləndirən mənbələri müəyyən etmək”, “yemək bişirmək, istilik və işıqlandırma kimi gündəlik ehtiyaclar üçün ekoloji cəhətdən təmiz enerjidən istifadəni təşviq etmək”, "şəhərlərdə şəxsi nəqliyyat vasitələrinin istifadəsini azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək” ,"bərpa olunan enerji yaradan mənzil siyasətini qəbul etmək", "yerli tullantıların idarə edilməsi sənayesini gücləndirmək" və "kənd təsərrüfatı tullantılarının yandırılmasını azaltmaq" üçün tövsiyələr verilib.

Məlumatda, qarşısı alına bilən ekoloji problemlərin hər il dünyada 13 milyondan çox insanın ölümünə səbəb olduğu bildirilib.

7 Aprel Ümumdünya Sağlamlıq Günü öncəsi beynəlxalq ictimaiyyətə “insanların və kainatın sağlamlığını qorumaq” çağırışı edilib.

ÜST-ün Baş direktoru Tedros Qebreyesus, enerji istehlakının yaratdığı hava çirklənməsi ilə bağlı mövcud narahatlıqların ekoloji cəhətdən təmiz enerjiyə ehtiyacın vacibliyini ortaya qoyduğunu ifadə edib. Elxeber.com