Fevralın 24-dən-müharibə başlayandan Ukraynanı tərk edənlərin sayı 4,2 milyon nəfəri ötüb.
Bu barədə açıqlamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Məlumatda göstərilir ki, təkcə bazar günü 39 minədək ukraynalı ölkəni tərk edib. Avropa İkinci Dünya Müharibəsindən sonra bu səviyyədə miqrasiyanın şahid olmayıb.
Açıqlamada vurğulanır ki, Ukraynanı tərk edənlərin 90 faizi qadın və uşaqlardır. Hərbi xidmətə yararlı əhalinin ölkədən çıxmasına icazə verilmir.