Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüşü başlayıb.
Elxeber.com Ayna.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"nin müxbiri məlumat verib. Məlumata görə, İrəvanın “Fransa” meydanında Müqavimət Hərəkatının keçirdiyi mitinqdə Baş nazir Nikol Paşinyanın istefası tələb edilir.
Etiraz yürüşünü avtomobillər müşayiət edir.