Məlum olduğu kimi, Xocalının Fərrux kəndində aşkarlanan insan qalıqlarının Xocalıda ermənilərin törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir.

Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Fərrux kəndində kütləvi məzarlıq aşkarlanıb, Ermənistanın hərbi cinayətləri, Azərbaycan xalqına qarşı soyqırım siyasətinin növbəti sübutu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hüquq müdafiəçisi Sahib Məmmədov, tarixçilər Nəsiman Yaqublu və Telman Nüsrətoğlu mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini buradan izləyə bilərsiniz: