Rusiyanın Ukraynaya hücum etməsi nəticəsində minlərlə insan evlərini tərk etməkməcburiyyətində qalır ki, bu vəziyyətdən daha çox uşaqlar əziyyət çəkir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, fevralın 24-dən martın 3-dək
yarıdan çoxu Polşaya getməklə, 1 milyon 209 min 976 qaçqın Ukraynadan qonşu ölkələrə keçib.
Bu kütləvi miqrasiyanın ən böyük qurbanı isə uşaqlardır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 7 gündə evlərini tərk etməyə məcbur edilən uşaqların sayı 500 mindir.
Yüzlərlə uşaq nə baş verdiyini anlamadan xatirələrini geridə qoyub evlərini tərk edir.