Təxminən 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu dövlətlərə təxliyə edilib.

Elxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Ukraynada həlak olan soydaşlarımızın olduğunu deyən nazir ölənlərin yaxınlarına başsağlığı verib.