Gələn ildən Azərbaycanda orta aylıq pensiya 400 manatdan yuxarı olacaq.

Elxeber.com “Report"a istinadən xəbər veiri ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.