Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə həsr olunmuş abidə açılacaq.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı tvitter hesabında məlumat verib.

Səfir bildirib ki, 1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyin himayəsi və iş adamlarının dəstəyi ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb.

"Gəncədəki Baş konsulumuzla birlikdə açılışdan əvvəl abidəyə baxış keçirdik”, - deyə səfir yazıb.