Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilir.
Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Xaçmaz şəhərindəki “Zəfər” parkında təşkil edilən festivalda qonaqlara kənd təsərrüfatı şirkətləri təqdim edilir, festival iştirakçıları milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olurlar.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edirlər.
Festivalda kənd təsərrüfatı məhsulları istehsalçılarına mütəxəssislər tərəfindən məsləhət xidməti də göstərilir.