Eskişehir Azərbaycanlılar Dərnəyi və “Barama Production”un təşkilatçılığı ilə "Güney azərbaycanlı dəyərli sənətkar Tohid Novruzini anım proqramı" təşkil edilib.

Elxeber.com xəbər verir ki, proqramda Tohid Novruzinin həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Daha sonra Güney azərbaycanlı şair, “Barama Production”un idarəçisi Azeryar Danişver çox yaxından tanıdığı sənətçi dostu Tohid Novruzi haqqında duyğu və düşüncələrini bölüşüb. 

Proqram çərçivəsində Güney Azərbaycanda el adəti olan şam yandırma mərasimi keçirilib, mərhumun ruhuna dualar oxunub. Ozan Tohid Novruzinin vəsiyyətinə uyğun olaraq sənətçilər Hakan Şahan və Ozan Yanar Sönməzin türkülər ifa ediblər.

Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin başqanı Cavid Aydının yekun nitqi ilə başa çatıb.