Bu il 2 min nəfərdən çox Gürcüstan vətəndaşı Avropa ölkələrindən deportasiya edilib.

Bu günlərdə daha 60 nəfər Gürcüstan vətəndaşı Almaniyada və İsveçdə qeyri-qanuni işlədikləri üçün deportasiya olunub.

“Frontex” beynəlxalq təşkilatının nümayəndəsi İrma Tsiramua deyib ki, onlar sığınacaq üçün Almaniya və İsveç hökumətinə müraciət etsələr də, tələb olunan prosedurları tamamlaya bilməyiblər. Gürcüstan vətəndaşlarının Avropa ölkələrindən deportasiyası birinci dəfə deyil. Bu, Gürcüstan vətəndaşlarının deportasiyası ilə bağlı bu il ərzində qəbul edilən sayca 30-cu qərardır.

Qeyd olunub ki, Avropa ölkələrinə iş üçün qeyri-qanuni yollarla gedən, eləcə də qanunla nəzərdə tutulmuş müddətdən artıq qalan Gürcüstan vətəndaşları müxtəlif cinayətlərə də əl atırlar. Bu da ciddi narahatlıq doğurur və onların deportasiyası üçün əsaslar yaradır. (AZƏRTAC)