“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir:"Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün imkanlardan istifadə olunacaq”. (Report)