Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, şərq küləyinin sürəti arabir 15-18 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.