Sadəcə, "bacararsan" kəlməsi ilə ətrafınızdakı əlilliyi olan şəxslərə uğur qazanmaları üçün motivasiya verə bilərsiniz.

Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx hazırlayıb. 

3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə hazırlanan sosial çarxın çatdırdığı mesaj əlilliyi olan insanlara şans verildikdə və həyatlarında bir nəfər belə, onlara istədiklərinə nail ola biləcəklərini söylədikdə öz bacarıqlarını ortaya qoya bildiklərini göstərir.

Elxeber.com videonu təqdim edir.