Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Hindistan istehsalı olan dərman preparatları ilə bağlı xəbərdarlıq edib.

Baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsalı olan dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur.

O bildirib ki, bu dərmanlardan istifadə Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib. Onun sözlərinə görə, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib.

Baş direktor həmin preparatlardan istifadənin qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə biləcəyini vurğulayıb.