Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə (ikinci dəfə olaraq) şəhid və qazi övladları üçün intellektual oyunlar üzrə “Qalib Gəncliyimizin II Zəfər Kuboku” layihəsinin final mərhələsi keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfərlə bağlı məlumatları gənc nəslə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərini, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində sentyabr ayından etibarən İsmayıllı, Şəki və Oğuz şəhərlərinin gəncləri arasında təşkil edilən seçim turlarından 15 komanda finala vəsiqə qazanıb.

Layihədə əsasən Vətən müharibəsinin iştirakçılarından ibarət komandalar yarışıb. Layihənin final mərhələsində isə müxtəlif regionlardan olan 15-dən artıq komanda Zəfər Kuboku uğrunda mübarizəyə qatılıb. Gərgin mübarizənin sounda III yeri AGMA komandası, II yeri Gəncənin “Mindhunters” komandası tutub. I yerin-Zəfər kubokunun sahibi isə Mingəçevir şəhərinin “CHE” komandası  olub. Sonda qaliblərə hədiyyələr təqdim edilib, xatirə fotoları çəkilib.