Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8 faizə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5 faizə qaldırılıb, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
Elxeber.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 28-də faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.