Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

Audiovizual Şuradan Elxəbər-ə verilən məlumata görə, Şuranın yanvarın 23-də elan etdiyi müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib.

Bunlar "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio") və "Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM") olub.

Bildirilib ki, "Media haqqında" qanunun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılıb-buraxılmayacaqları ilə bağlı qərar qəbul ediləcək.