Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 197 borcalana 2 milyard 184,423 milyon manat kredit verib.

Bu barədə Fondun açıqlamasında bildirilib.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 302,383 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 600 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Qeyd edək ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.