İranın Ərzaq və Dərman İdarəsinin sədri Bəhram Darayi dövlət televiziyasına verdiyi açıqlamada ölkədə aparılan peyvənd araşdırmaları və istifadə edilən peyvəndlər haqqında məlumat verib.

Müxbirin “idxal edilən peyvənd qadağandırmı?” sualına Darayi, "hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli vaksinlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər yerli istehsal olacağını düşünürük"  cavabını verib. 

O, yerli istehsalçıların ayda ən az 15 milyon doza Covid-19 peyvəndi istehsal edəcəyini, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) icazə almaq üçün İranın istehsal etdiyi yerli vaksinlər üçün sənədlərin hazırlanaraq göndəriləcəyini bildirib.

Darayi bildirib ki, lazım olan peyvəndi xaricdən idxal etsələr, bunun üçün illik təxminən 5 milyard dollar büdcə lazımdır. (Anadolu Agentliyi)