Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti olacaq.
Bakıda gecə 3-5 dərəcə, gündüz 8-10° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 4-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, lakin axşam bəzi dağlıq
rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-
ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-
12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.