Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü Tahir Mirkişili İrəvanın mərkəzindən videogörüntü paylaşıb.
Elxeber.com xəbər verir ki, millət vəkili paylaşımına "İrəvanda gəzdikcə nədənsə ən çox "İrəvanda xal qalmadı, o xal nə xaldır..." mahnısı yadıma düşür"-deyə əlavə edib.
Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtına səfər ediblər.