Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən hücumdan "terror qoxusu" gəldiyini açıqlayıb.

Elxeber.com xəbər verir ki, o, ilkin təsbitlərə görə hadisənin terrorla əlaqəli olduğunu və yekun qərarın araşdırmalardan sonra veriləcəyini açıqlayıb: "Bu xain hücumun səbəbkarları və arxasında olanlar ortaya çıxarılacaq”.

Qeyd edək ki, bu gün axşam saatlarında İstanbulun İstiqlal küçəsində partlayış baş verib. Prezident Ərdoğan hadisə nəticəsində 6 nəfərin öldüyünü, 53 vətəndaşın isə yaralandığını açıqlayıb.  
Ərdoğan baş verən partlayışda həyatını itirənlərə Allahdan rəhmət diləyib.