Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonu, İstiqlal küçəsində səbəbi hələ məlum olmayan partlayış baş verib.

Elxeber.com Türkiyə mətbuatına istinadla yazır ki, şəhər valisi Əli Yerlikaya baş verən partlayış nəticəsində 6 nəfərin öldüyünü, 53 nəfərin isə yaralandığını açıqlayıb.

Hadisədən sonra bölgəyə çoxlu yanğınsöndürən, polis və həkim briqadası sövq edilib.