Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Kəbənin ziyarəti ilə bağlı yeni qaydalar qoyub.

Elxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, müqəddəs torpaqlara çatan zəvvarlar pandemiyadan sonra qoyulan yeni qaydaları təəccüblə qarşılayıb.

Vaxtilə Osmanlı dövləti tərəfindən Kəbənin ətrafında Beytullaha ehtiram əlaməti olaraq tikdirdiyi tarixi portiklərin sökülməsi ilə başlayan narazılığa pandemiya səbəbindən Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin irəli sürdüyü yeni qaydalar da əlavə olunub.

Belə ki, artıq hacılar Hacerul-Əsvad (Qara daş) ilə Kəbə qapısı arasındakı hissə kimi tanınan mültəzəmə, Hacerul-Əsvada və Kəbənin divarlarına toxuna (üz və əl sürtə bilməyəcək) bilməyəcəklər. Buna səbəb Kəbənin ətrafına bariyerin qoyulmasıdır.  

Qeyd edək ki, əvvələr Hacerul-Əsvadı ziyarət edən zəvvarlar Kəbəyə toxunaraq dua edirdilər.

Bu tənzimləmənin təvaf ruhuna zidd olduğunu bildirən zəvvar namizədləri, Hərəmi Şərifdə nəzərdə tutulan yeni qaydaların tətbiqindən əvvəl müsəlman dövlətlərinin dini liderlərinin də rəyinin soruşulmasını tələb ediblər.