"Məhərrəm ayında baş verən hadisənin əsl mahiyyəti matəm yox, mübarizədir".

Elxeber.com xəbər verir ki, bu fikri fəlsəfə dokturu, pedaqoq Mail Yaqub bildirib.

"Müsəlmanlara xəlifə təyin edilən şəxs -Yəzid İslam dininin həqiqətlərini təhrif edir, dəyərləri tapdalayır, İmam Hüseyni onun bu rəzalətinə razı olub, beyət etməyə məcbur edir. İmam isə beyət etmir, mübarizə yolunu seçir və ailəsi - İslam dəyərlərinə cani-könüldən bağlı olan yaxın silahdaşları ilə birlikdə Yəzidin 30 minlik qoşunu tərəfindən qətlə yetirilir - şəhadətə ucalır", -deyə müəllif qeyd edib.

Mail Yaqubun fikrincə, tarixin bu ehtişamlı hadisəsini sırf matəm mərasiminə çevirmək tarixi təhrif etməkdir: "Kərbəla hadisəsi bütün insanlara dərsdir. Soyundan, milliyyətindən asılı olmayaraq. Nədir bu dərsin adı? Ədalət, insanlıq, mərhəmət, şərəf və ləyaqət. Bu məfhumlar və dəyərlər köhnəlmir, zaman və insan yaşadıqca yaşayacaq".