Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

Elxeber.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 millimetr təşkil edib.

Qərb küləyi əsib, sürəti Şamaxıda 16 metr/saniyəyə çatıb.