"Ukraynanın paytaxtı Kiyevdə ABŞ və Rusiya kəşfiyyatlarının böyük müharibəsi gedir".

Elxeber.com xəbər verir ki, bu barədə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev sosial şəbəkə hesabında açıqlama verib.
O bildirib ki, Ukraynanın üstündə ABŞ-Rusiya hərbi qarşıdurmasının sonunun nə olacağı maraq doğurur: "Əvvala, qarşıdurmanın hərbiçilərin şəxsində görünən və kəşfiyyatçıların timsalında görünməyən tərəfləri var.
İkinci, hərbçilərin üz- üzə gəlməsinə qədər hələ vaxt var və hazırda Ukraynada iki ölkənin qüdrətli və hər şeyə qadir kəşfiyyatlarının ölüm- qalım döyüşü gedir.
Hərbçilərin açıq vuruşuna qədər Ukraynada iki kəşfiyyat korpusunun artıq başlanmış müharibəsinin sonunu gözləməliyik.
İstisna etmirəm ki, kəşfiyyatlardan biri öz qaçılmaz məğlubiyyətini öncədən görsə, dərhal meydana hərbiçiləri buraxacaq".
Baş redaktor vurğulayıb ki, rus kəşfiyyatı Ukrayna prezidenti Zelenskini devirməyə, Amerika isə onu möhkəmləndirməyə çalışır.