Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb. 

Elxeber.com-un məlumatına görə, danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub.

Xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.