Bu il magistraturaya qəbul imtahanında yüksək bal toplayanların sayı kifayət qədər çox olub.

Bu barədə Elxeber.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, imtahanda 90 və daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. 

Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur.