İyunun 12-da Bakıda "Formula-1" Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.

Elxeber.com xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub.

“Mersedes” komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb.

Beləliklə, mövsümdə beşinci qələbəsini qazanan M.Ferstappen xal ehtiyatını 150-yə çatdıraraq pilotların reytinq siyahısında mövqeyini daha da yaxınlaşdırıb.

Bakıda ikinci, tarixində isə iyirminci qələbəsini qazanan “Red Bull Racing” komandası 260 xalla builki dünya çempionatında liderliyini gücləndirib.

Qeyd edək ki, “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton günün sürücüsü seçilib.