Martın 24-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, martın 25-dən 26-sı səhərədək arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi bildirilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.