Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkə və Mədinənin müqəddəs məscidlərində zəvvarların peyvənd olunması ilə bağlı yoxlanışını ləğv edib.

Elxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, səbəb krallıqda koronavirusla mübarizə tədbirləri çərçivəsində mövcud məhdudiyyətlərin yumşaldılmasıdır.

Həmçinin müqəddəs məkanlara giriş üçün PZR-test nəticəsinin təqdim edilməsi tələbi də ləğv edilib.

Bundan başqa, Məscidül-Həram və Məscidül-Nəbi məscidlərində ibadət etmək üçün öncədən icazə almaq zərurəti də aradan qaldırılıb.

Ümrə üçün icazənin alınması ilə bağlı peyvəndə dair məlumatların icbari qeydiyyatı da ləğv edilib.

Qeyd olunub ki, keçən həftə ölkədə pandemiya ilə mübarizə üzrə məhdudiyyətlərin böyük hissəsi ləğv edilib. Artıq məscidlərdə, o cümlədən də adıçəkilən iki müqəddəs ibadətgahda sosial məsafə tələbi qüvvədən düşüb. Həmçinin krallığa gələn şəxslərdən PZR-test və karantin tələbi də ləğv edilib.