Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib.
Elxeber.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Qardaş Türkiyənin Bartın şəhərindəki mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Partlayışda yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə”, - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 nəfər yaralı müalicəyə cəlb olunub.