Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədən ərazisinə baş çəkib, araşdırma aparıb.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ərazidə qurulan böhran idarəetmə mərkəzində dövlət başçısına partlayışın səbəbləri barədə məlumat verilib.

Bildirilib ki, mədəndə ümumilikdə 110 işçi olub. Axtarış-xilasetmə işləri nəticəsində 58 nəfər qurtarılıb, 41 nəfər dünyasını dəyişib.

Jurnalistlər qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan yaşanan fəlakətə görə Türkiyə xalqına başsağlığı verib, yaralılara şəfa diləyib.

Prezident dünyasını dəyişən mədənçilərin ailələrinə dövlət dəstəyinin göstəriləcəyini bildirib.