Müəllimlərin işə qəbulu müsabiqəsinin bütün fənlər üzrə vakansiya seçimi aparılır.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.