"Müharibə başlayandan bəri 220 mindən çox Ukrayna vətəndaşı Türkiyəyə gəlib. Ancaq bu gün orada təxminən 45-50 min ukraynalı qalıb".
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “RBK-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
"Bu, Türkiyənin daha çox tranzit ölkə olduğunu göstərir. Əslində, Türkiyədə rahatdır, çünki burada heç bir problem olmadan 90 gün vizasız qalmaq mümkündür", - deyə səfir əlavə edib.
Diplomatın sözlərinə görə, sənədlərinin müddəti bitmiş ukraynalılar da Türkiyəyə buraxılıb. O qeyd edib ki, onlar, həmçinin ölkəyə şəxsi avtomobillərlə də daxil ola biliblər.