Dekabrın 8-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin yeni üzvlərinin seçilməsi, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması məsələləri müzakirə olunub.

Naxçıvan Ali Məclisi növbəti ilin büdcə layihəsini geniş müzakirə edib, deputatlar iclasda  muxtar respublikanın problemlərindən danışıblar.

İclasın tam videosunu təqdim edirik: