Naxçıvan şəhərində ümumilikdə 6400 kvadratmetr sahəni əhatə edən məscid kompleksin inşası davam edir.

Yeni inşa olunan məscid istifadəyə verildikdən sonra burada eyni vaxtda 5 min nəfərin ibadət etməsi üçün şərait yaradılacaq. Dini kompleks milli və Şərq Memarlığı üslubunda inşa edilir. 15 günbəzli məsciddə günbəzlərin hündürlüyü 12, minarələrin hündürlüyü isə 40 metrdir.

Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati bina və iki mərtəbəli mərasim evi yerləşəcək. Ərazidə mədrəsə və islam kollecinin fəaliyyəti də nəzərdə tutulub ki, bununla da dini təhsil üçün muxtar respublikadan kənara getməyə ehtiyac qalmayacaq. 

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 200-dən çox məsçid, 18 dini icma fəaliyyət göstərir. 

Naxçıvan televiziyasının əməkdaşları tikintisi davam edən məscidlə bağlı videomaterial hazırlayıblar.

Həmin materialı təqdim edirik: