Oktyabrın 25-də bu ilin ikinci Günəş tutulması baş verəcək.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

Günəşin tutulma prosesi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. 

Proses 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Maksimum tutulma 15:00-da olacaq. 

Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Proses Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də reallaşacaq.

Qeyd edək ki, ikinci tutulma qismən Günəş tutulmasıdır.

Xatırladaq ki, ilin ilk Günəş tutulması aprel ayının sonuncu günü baş verib.